Kyezanı "Yuventus"da fars hücumçu əvəzləyəcək - İDDİA

Kyezanı "Yuventus"da fars hücumçu əvəzləyəcək - İDDİA

"Zenit"in iranlı hücumçusu Sərdar Azmun karyerasını "Yuventus"da davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytı vasitəsi ilə italiyalı jurnalist Canluki Di Martsio yayıb.

Mənbə Turin təmsilçisinin A Seriyasının 21-ci turunda - "Roma" ilə səfər matçında (4:3) zədələnərək sıradan çıxan Federiko Kyezaya təcili əvəzləyici axtardığını vurğulayıb. Baş məşqçi Massimiliano Alleqrinin Çempionlar Liqasının qrup mərhələsinin oyunlarından yaxşı tanıdığı fars hücumçunu əsas hədəf saydığı bildirilib.

Qeyd edək ki, Sərdar Azmunun "Zenit"lə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər