Kuman "Barselona"nı gələcəyi düşünməməkdə suçladı

Kuman "Barselona"nı gələcəyi düşünməməkdə suçladı

Niderland millisinin baş məşqçisi Ronald Kuman "Barselona"nı qınayıb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, Kataloniya klubunun heyətinə yaşlı futbolçular qatmasını qabardıb:

"Onlar gələcəyi nəzərə almırlar. Nə maddi planda bu yöndə iş görürlər, nə də futbol baxımından. Gündoğan əla futbolçudur. Amma onu daha öncə transfer etmək lazım idi. Mən "Barselona"da baş məşqçi olduğum dönəmdə (2020-2021) transferlər üçün maliyyə yox idi. Pedri, Niko, Qavi kimi gənclərə şans verməyi qərara aldım. Biz Niderlandda belə etməyə öyrəşmişik. Gələcək üçün çalışmaq lazımdır. Söhbət yalnız Gündoğandan getmir. Sabahı fikirləşirsənsə, 32-33 yaşlı yox, 22 yaşlı oyunçu transfer etməlisən".

Qeyd edək ki, "Barselona" bu yay sıralarına 33 yaşı oktyabrda tamam olacaq Gündoğanı və 32 yaşlı İnyiqo Martinesi cəlb edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər