Ötən gün "Barselona"nin futbolçusunun koronavirusa yoluxduğu barədə məlumat vermişdik.
Fanat.az xəbər verir ki, adı açıqlanmayan futbolçunun kimliyi məlum olub.
Bu, Kataloniya təmsilçisinin müdafiəçisi Jan-Kler Todibodur.
Bu barədə 20 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb. Todibo, koronavirus testinin müsbət çıxdığını, amma özünü yaxşı hiss etdiyini bildirib.
Koronavirusa yoluxan Todibonun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bavariya” ilə oyun üçün Portuqaliyaya yollanacaq futbolçularla təmasda olmadığı vurğulanıb.
Qeyd edək ki, "Barselona” – "Bavariya” oyunu avqustun 14-də keçiriləcək.
Fanat.az