Klub tarixinin ən bahalı transferi üçün mövsüm erkən bitdi

Klub tarixinin ən bahalı transferi üçün mövsüm erkən bitdi

"Bornmut"un futbolçusu Evanilsonun ayağı sındığı üçün cari mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat olunan braziliyalı bərpa prosesinə başlayıb.

25 yaşlı hücumçu Premyer Liqanın XX turunda keçirilən görüşdə - "Everton"la matçda sınıb.

Qeyd edək ki, Evanilson "Bornmut"a cari mövsümün əvvəlində, 37 milyon avro qarşılığında Portuqaliyanın "Portu" klubundan transfer edilib. Bu, "albalılar"ın tarixində ən bahalı transfer olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər