Şotlandiyanın "Patrik Tistle" klubu "Bolton"dan icarəyə götürdüyü Hari Fraserə ilginc cəza verib. Fanat.az xəbər verir ki, buna səbəb futbolçunun intizamsızlığı olub.
Belə ki, 19 yaşlı oyunçu "Dunfermline" ilə oynanan U-20 matçında rəqibi Kris Kini öncə yumruqla vuraraq yerə yıxmış, sonra da onun bədəninə və başına təpik zərbələri endirmişdi. Matçdan sonra rəqibin paltardəyişmə otağına gedən Fraser üzr istəyərək "o anda qan beynimə vurmuşdu" demişdi. Şotlandiya Futbol Federasiyası futbolçunu bu hərəkətinə görə 9 oyunluq cəzalandırmışdı.
Həftələr sonra komandanın məşqlərinə qayıdan Fraser hər kəsi xəyal qırıqlığına uğarıb. Belə ki, o, məşqdə olduqca istəksiz görünüb və bununla baş məşqçi Alan Arxibaldı özündən çıxarıb. Məhz bu səbəbdən "Patrik Tistle" rəhbərliyi ona ömrü boyu unutmayacağı cəza verib. Belə ki, Fraser məşqə çəhrayı tayt və balerinaların geyindiyi ətəklə (yubka) çıxmalı olub.
Bu vəziyyətdə məşqə çıxan futbolçu göz yaşlarını saxlaya bilməyib.
Fanat.az