"Real Madrid" baş məşqçisini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Le 10 Sport" məlumat yayıb.
Xəbərə görə, kral klubu "Liverpul"un çalışdırıcısı Yürgen Kloppla maraqlanır. Almaniyalı mütəxəssis "Real"ın prezidenti Florentino Peresin rəğbətini qazanıb. Komanda yayda baş məşqçisi Karlo Ançelotti ilə vidalaşsa, onun postuna Kloppu gətirməyi nəzərdən keçirir.
Qeyd edək ki, "Real Madrid"in namizədləri sırasında "Tottenhem"dən Maurisio Poçettino, "Bayer Leverkuzen"dən Xabi Alonso və "Real"ın sabiq ulduzu Raul var.
Röya