"Everton"un baş məşqçisi Karlo Ançelotti Premyer Liqa çempionluğunu bayram edən "Liverpul"un çalışdırıcısı Yürqen Klopp haqqında fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Ançelotti Kloppun işini yüksək qiymətləndirib:
"Kloppla münasibətlərim əladı. Ötən həftə onunla görüşmüşdük. Onda da, demək olar ki, Premyer Liqanın taleyi həll olunmuşdu. Ona görə də Yürqeni əvvəlcədən təbrik etdim.
Klopp "Liverpul"un uğurlarının memarıdı. Söhbət təkcə Premyer Liqadan getmir. O, klubdakı 5 ili ərzində çox iş görüb. Klopp səbirli idi və yekunda "mükəmməl maşın"ı yarada bildi".
Fanat.Az