Klopp "Liverpul"u Pepin "Bavariya"sına bənzətdi: "Onlar da çempion olduqdan sonra uduzurdular"

Klopp "Liverpul"u Pepin "Bavariya"sına bənzətdi: "Onlar da çempion olduqdan sonra uduzurdular"
"Liverpul" Premyer Liqa çempionluğunu rəsmiləşdirdikdən sonra "Mançester Siti" və "Arsenal"a məğlub olub (0:4, 1:2).
Fanat.Az Goal.com-un "Liverpul" üzrə müxbiri Nil Consun "Twitter" hesabına istinadən xəbər verir ki, "Çelsi" ilə oyun ərəfəsində baş məşqçi Yürqen Kloppun bu barədə fikri soruşulub. Alman çalışdırıcı cavabında qeyd edib:
"Bir dəfə bənzər şeyin şahidi olmuşam - Pep Quardiola "Bavariya"nı çalışdıranda. "Borussiya" tez-tez ikinci olurdu. "Bavariya" dominantlıq edərək çempionluğu rəsmiləşdirdikdən sonra bəzi oyunlarda uduzurdu. Çünki meydana çıxmaları üçün səbəb yox idi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər