"Liverpul"un baş məşqçisi Yürqen Klopp "El Mundo Deportivo"ya açıqlamasında Filippe Koutinyunun "Barselona"ya transferindən danışıb.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı transfer bazarında "mersisaydlılar"ın "Barselona"ya qarşı şansının olmadığını bildirib:
"Əvvəldən bəri Filin qərarına hörmətlə yanaşmışam. Transferdən bir neçə həftə əvvəl onunla müqavilə yeniləmişdik. Bununla belə, bizim "Barselona"ya qarşı şansımız yox idi.
Bizim üçün çətin oldu, çünki həmin periodda elə də çox opsiyamız yox idi. Onda Adam Lallana sıradan çıxmışdı, yəni qısa müddət ərzində iki oyunçumuzu itirmişdik. Üstəlik, problemlərimizi transfer bazarında həll etməyimiz qeyri-mümkün idi. "Liverpul"un yeni oyunçularla anlaşmaq üçün zamanı qalmamışdı.
Koutinyu bizi transferə məcbur etməmişdi. Buna görə də növbəti "transfer pəncərəsi"ndə dürüst davranmalı və onun keçidinə razılıq verməli idik".
Koutinyu 2018-ci ilin qışında 120+40 milyon avro qarşılığında "Liverpul"u "Barsa"ya dəyişmişdi.
Fanat.Az