Cari mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayan Yürgen Kloppun "Barselona"ya baş məşqçi təyin olunacağı ilə bağlı informasiyalara dair yeni məlumat dərc edilib.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Diario Sport" yayıb.
Xəbər görə, almaniyalı mütəxəssisin Katoloniya təmsilçisi ilə müqavilə imzalaması mümkün deyil. Mənbə bildirir ki, buna səbəb La Liqa klubunun maliyyə problemidir.
Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. 56 yaşlı mütəxəssis bu müddət ərzində "qırmızılar"la 7 titul qazanıb.
Nahid Məmmədov