PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 27-ci turu çərçivəsində səfərdə "Olimpik Marsel"ə qarşı keçirdikləri oyunun (2:0) 65-ci dəqiqəsində əvəzlənən Kilian Mbappenin onu təhqir etməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" ispan mütəxəssisin dediklərini belə çatdırıb:
"İnsanların yalanları müzakirə etdiyini görmək qəribədir. Kimsə bu təhqiri özündən uydurub. Tam sakitəm və öz işimi bacardığım qədər yaxşı görməyə çalışıram".
Nihat