Kimmix "Barselona"ya keçir? - Xavi cavabladı

Kimmix "Barselona"ya keçir? - Xavi cavabladı

"Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix karyerasını "Barselona"da davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Xavi mətbuata açıqlamasında danışıb:

"Onunla Qətərdə olanda danışmışdıq. Tədbirdə qarşılaşdıq. Mənə pərəstiş etdiyini dedi. "Barselona"ya keçid? Onun "Bayern Münhen"lə müqaviləsi var. Hər şey Kimmixdən asılıdır. Məsələn, Levandovski istədi və keçdi". 

Qeyd edək ki, Almaniya millisinin 28 yaşlı yarımmüdafiəçisi 2015-ci ildən "Bayern Münhen"də çıxış edir. 233 oyunda meydanan çıxan Kimmix 25 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər