Kilian Mbappedən "Real"a transferi ilə bağlı açıqlama

Kilian Mbappedən "Real"a transferi ilə bağlı açıqlama
PSJ-nin gənc ulduzu Kilian Mbappe uzun müddətdi "Real"a transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 
Fanat.Az xəbər verir ki, 20 yaşğı ulduz futbolçu TF1 kanalarına açıqlamasında iddiaları təkzib edib: 
"Çempionlar Liqasında uğursuzluqdan sonra da klubun gələcəklə bağlı layihələrinə inanıram. Bu komanda ilə böyük uğurlar qazanacağımıza əminəm və yüz faiz heyətdə qalacam" deyib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin səfər oyunda qalib gəldikləri (2:0) "Mançester  Yunayted"ə evdə yenilərək mübariəzni dayandırmalardandan danışan Mbappe şokda olduğunu deyib: "İndi də şokun təsirindəyəm. Deyəcək sözüm yoxdu. Stadion dolu idi və azarkeşlər bizi dəstəkləyərək öz vəzifələrini yerinə yetirdilər. Bu gözəl atmosferi pozmaq istəmirik, amma oldu".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər