"Real Madrid"in hücumçusu Kilian Mbappe zədələnib.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, o, İspaniya La Liqasının 7-ci turu çərçivəsində dünən "Alaves"ə qarşı keçirdikləri oyunun (3:2) 80-ci dəqiqəsində əvəzlənməsini xahiş edib.
Xəbərə görə, fransalı ulduzun dizaltı vətərlərində (bəzi mənbələr omba əzələsindən xəsarət aldığını yazıb - red.) problem yaranıb. Mənbə Kilianın "Atletiko Madrid"ə qarşı keçirəcəkləri matçda - paytaxt derbisində oynamaq ehtimalının az olduğunu vurğulayıb.
Xatırladaq ki, 17 xalı olan "Real" turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub. "Kral klubu" lider "Barselona"dan 1 xal geri qalır.
Nihat