PSJ ilə müqavilə yeniləyən Kilian Mbappe emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, müddəti 2025-ci ilə qədər olan anlaşmaya imza atan hücumçu "Tvitter" hesabında belə yazıb:
"Mövsümü Liqa 1-in ən yaxşı bombardiri və assistenti kimi bitirməyi qarşıma məqsəd qoymuşdum. Hədəfimə çatdığım üçün şadam. PSJ ilə müqavilə yeniləməyim əla oldu. Bu o deməkdir ki, yeni mövsümdə qayıdacağam. Məqsədim ilk növbətə klubun mükafatlar qazanmasına yardımçı olmaqdır. Əlbəttə ki, şənlənməyə də davam edəcəyəm".
Mbappe son mövsümdə Paris klubunun formasıyla 46 rəsmi oyuna çıxıb. Bu qarşılaşmalarda 39 qol vuran 23 yaşlı ulduz 21 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat