Kilian Mbappe bu klubu alır

Kilian Mbappe bu klubu alır

"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol klubu almağı planlaşdırır.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, 25 yaşlı ulduz Liqa 2 təmsilçilərindən olan "Kan" klubunun sahibi olmağı hədəfləyib.

Mbappenin "Kan"ın səhmlərini almaq üçün nə qədər xərcləyəcəyi açıqlanmayıb. 

Xatırladaq ki, Fransa millisi AÇ-2024-ün yarımfinalında İspaniyaya uduzaraq (1:2) mübarizəni dayandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər