"Keşlə" paraqvaylı hücumçu ilə müqavilə imzaladı

"Keşlə" paraqvaylı hücumçu ilə müqavilə imzaladı
"Keşlə" növbəti transferini reallaşdırıb. 
Klubdan Fanat.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi paraqvaylı futbolçu Lorenzo Frutos ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 30 yaşlı hücumçu bir il paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Frutosun son klubu Venesuelanın "Deportivo Lara" olub. O, həmçinin Paraqvayın "Sol de Amerika”, "Rubio Nyu”, "İndependyente” və Salvadorun "Santa Tecla” klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər