"Keşlə" daha 7 futbolçu ilə müqaviləni uzatdı

"Keşlə" daha 7 futbolçu ilə müqaviləni uzatdı
Azərbaycan Kubokunun qalibi "Keşlə"də yeni mövsüm üçün heyətin formalaşdırılması davam edir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha 7 futbolçu ilə bağlı qərar qəbul edib. 
Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə müqavilə 1 il, Sərtan Taşkınla 2 il müddətinə uzadılıb.
Qeyd edək ki, "Keşlə" daha əvvəl Azər Salahlını "Sumqayıt"dan transfer edib, Fuad Bayramov və Slavik Alxasovla isə müqaviləni yeniləyib. Hələlik komandanı yalnız Məqsəd İsayev tərk edib. O, "Sabah"a yollanıb.  
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər