"Real Madrid"in sabiq dayaq yarımmüdafiəçisi Karlos Kazemiro Kral Klubunun əfsanələri siyahısına daxil edilib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat "qaymaqlar"ın rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, Kral Klubunun əfsanələri siyahısında Ronaldo, Zinəddin Zidan, Kriştianu Ronaldu, İker Kasilyas kimi dahilər yer alıb.
Avqustun 20-si braziliyalı futbolçu 70 milyon funt-sterlinq müqabilində "Mançester Yunayted" klubuna transfer olunub.
"Real Madrid"in heyətində 222 oyun keçirən Kazemiro 24 qolla yadda qalıb.
Emin