“Kayserispor” millimizin üzvünü transfer etmək istəyir

“Kayserispor” millimizin üzvünü transfer etmək istəyir
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozanan Kökcü "Kayserispor"a keçə bilər.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Super Liqa klubu "Bursaspor"un baş məşqçisi Samet Aybabanın gənc futbolçu ilə bağlı qərarını verməsini gözləyir.
Hazırda "Bursaspor"un məşqlərində iştirak edən Ozancanın kulbda qalıb-qalmayacağı bəlli deyil. Ötən mövsüm icarə əsasında Hollandiyanın "Valveyk” klubunda çıxış edən 20 yaşlı futbolçu yoxlama oyunlarında sınaqdan keçiriləcək. Baş məşqçi onunla bağlı yekun qərarını bundan sonra verəcək. "Kayserispor" isə bu qərar veriləndən sonra hərəkətə keçəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər