Kaxa üsyan etdi: "Bu futboldu, boks deyil"

Kaxa üsyan etdi: "Bu futboldu, boks deyil"
"Hücumda oyunumuz alınmadı, ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik. Düzdü, səhvlərimiz çox oldu, lakin futbolçularım var gücləri ilə çıxış etdilər". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan sonra (1:0) "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis hücumda yaxşı oynamadıqlarını bildirib: "Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. "Neftçi" ilə yaxşı hücum futbolu oynadıq, bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik". 
Tsxadadze oğlu Baçana Tsxadadzenin dirsəklə vurulmaıs epizodunun araşdırılmasını istəyib: "Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi keçirdi. Heç vaxt futbolçumdan başqa futbolçunu sındırmasını istəməmişəm, bunu etmək olmaz. İnsanın əlindən çörəyini almaq olmaz. O, bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu futboldu, boks deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər