Edinson Kavani karyerasını "Benfika"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Twitter"də jurnalist Tankredi Palmeri yayıb.
Mənbəyə inansaq, 2013-2020 aralığında formasını geyindiyi PSJ-dən bu yay ayrılan uruqvaylı forvard artıq Portuqaliya klubu ilə rəsmi anlaşma imzalayıb. Müqavilənin müddəti haqda yazmayan Palmeri 33 yaşlı cənubi amerikalının ildə 9 milyon avro qazanacağını bildirib.
Fanat.Az