Kataloniya klubundan rekord transfer

Kataloniya klubundan rekord transfer

"Jirona" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi İngiltərə "Uotford"undan vinger Yaser Asprillianı transfer edib. 

20 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, "Jirona" futbolçu üçün "Uotford"a 18+7 milyon avro ödəyib. Bu isə klub tarixinin transfer rekordudur.

Qeyd edək ki, Yaser ötən mövsüm 47 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər