Karyerasını bitirmiş qapıçı "Barselona"ya keçsə, sabiq klubuna pul ödəyəcək

Karyerasını bitirmiş qapıçı "Barselona"ya keçsə, sabiq klubuna pul ödəyəcək

"Yuventus"un sabiq qapıçısı, bu yay karyerasını bitiridiyini elan edən Voytsex Şensnı "Barselona"ya keçəcəyi halda, Turin klubuna təzminat ödəyəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Xəbərə görə, polşalı "çərçivə" qoruyucusu ilə "Yuventus" arasındakı razılaşmaya əsasən, o, peşəkar karyerasını bərpa edərək başqa klubun formasını geyinəcəyi təqdirdə, italiyalılara müəyyən məbləğ ödəməlidir.

Xatırladaq ki, "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen ağır zədə alaraq uzun müddətə sıradan çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər