Karlos Teves klubu ilə müqavilə yenilədi

Karlos Teves klubu ilə müqavilə yenilədi
Məşhur argentinalı forvard Karlos Teves "Boka Xuniors"la müqavilə yeniləyib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən forvard yeni sazişə əsasən 2021-ci ilin yayına qədər indiki komandasında qalacaq.
2018-ci ilin qışında "Boka Xuniors"a keçən Teves 2019/20 mövsümündə Argentina çempionatında 17 oyun keçirib. Bu matçlarda 9 qol vuran ön xətt oyunçusu 2 məhsuldar ötürmə ilə də yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər