Kapitanı "Barselona"dan ayrılır - Yeni klubu da bəllidi

Kapitanı "Barselona"dan ayrılır - Yeni klubu da bəllidi

Serxi Roberto "Barselona"nı tərk edə bilər. 

Fanat.Az xəbər verir ki,  bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Xəbərə görə, ulduz futbolçu ilə digər Kataloniya təmsilçisi "Jirona" maraqlanır.

Roberto hələ son qərarını verməyib. “Barselona”nın maliyyə vəziyyətindən çox şey asılı olacaq.

"Barselona"nın kapitanı ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib. Serxi bu görüşlərdə üç qol vurub və üç məhsuldar ötürmə edib. 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər