Kannavaro İspaniya klubu ilə 2 illik müqavilə bağlaya bilər

Kannavaro İspaniya klubu ilə 2 illik müqavilə bağlaya bilər

İtaliyalı mütəxəssis Fabio Kannavaro İspaniya komandasının baş məşqçisi ola bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.

Xəbərə görə, "Qızıl top" mükafatının sahibinin "Deportivo"nu çalışdırmaq ehtimalı var. Hazırda Sequndada çıxış edən klubun rəhbərliyinin 51 yaşlı Fabioya müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə təklif etməyi planlaşdırdığı vurğulanıb. Mənbə bu posta digər namizədlərin də adlarını açıqlayıb - Albert Selades və Luis Qarsiya.

Qeyd edək ki, Kannavaro son olaraq ölkəsində "Udineze"ni çalışdırıb. O, Udine təmsilçisindən bu yay ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər