Juninyonun "Sevilya"ya transferinin detalları açıqlandı

Juninyonun "Sevilya"ya transferinin detalları açıqlandı

"Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyonu sıralarına cəlb etmək üzrə olan "Sevilya" UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı halda, Azərbaycan təmsilçisinə əlavə ödəniş edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" məlumat yayıb.

Əndəlüs təmsilçisi ÇL-də oynamaq hüququ qazansa, Ağdam təmsilçisinə daha 250 min avro ödəyəcək. Bundan başqa, "Qarabağ" 28 yaşlı forvardın növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya başa gələcəyi gözlənilir.

Bu həftə İspaniyaya yollanacaq braziliyalı yeni klubu ilə 2+1 illik müqavilə bağlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər