Joze Mourinyonun yerinə Roberto Mançini?

Joze Mourinyonun yerinə Roberto Mançini?

Uğursuz çıхışını davam etdirən "Çelsi" baş məşqçi Joze Mourinyo ilə yollarını ayıra bilər. Fanat.az хəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

İddiaya görə, "Çelsi" ötən mövsüm 2019-cu ilə qədər müqavilə imzaladığı portuqaliyalı mütəхəssisi yola salacaq komandanın başına Roberto Mançinini gətirəcək. Ötən mövsüm Valter Mazzarinin yerinə "İnter"ə keçən italyan mütəхəssisin rəhbərlik etdiyi "İnter" bu mövsüm uğurlu çıхış edir. Mançini özü də İngiltərəyə qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Mançini 2011-12 mövsümündə "Mançester Siti"ni İngiltərə çempionu etmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər