Joze Mourinyonun yeni klubu rəsmən açıqlandı FOTO

Joze Mourinyonun yeni klubu rəsmən açıqlandı FOTO

Joze Mourinyonun yeni klubu rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"in baş məşqçisi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub portuqaliyalı məşqçi ilə 3 illik müqavilə imzalayıb. 2020-ci ilədək davam edəcək anlaşmanın detalları açıqlanmayıb.

Mourinyonun təyinatı ilə bağlı danışan klub rəsmisi Ed Vudvard "Joze hazırda dünyanın ən yaxşı məşqçisidi. Çalışdığı bütün klublarda kuboklar qazanıb. Premyer Liqanı çox yaxşı tanıyır. Burda 3 dəfə çempion olub" deyib.

Portuqaliyalı mütəxəssis özü də keçidi ilə bağlı açıqlama verib: "Mançester Yunayted"in baş məşqçisi olmaq mənim üçün böyük şərəfdi. Bütün dünyada tanınan və hörmət edilən bir kluba gəldim. Burda başqa bir klubda olmayan mistika və romantik bir ortam var. "Old Trafford"a hər dəfə çıxanda gözəl anlar yaşamışam. "Mançester Yunayted" azarkeşlərinə hər zaman hörmət etmişəm. İndi onların baş məşqçisi olaraq böyük uğurlar qazanmaq istəyirəm".

Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyanın "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərənin "Çelsi", İtaliyanın "İnter" və İspaniyanın "Real" klublarını çalışdırıb. 53 yaşlı mütəxəssis bu klublarla 22 kubok qazanıb. 

Joze Mourinyonun yeni klubu rəsmən açıqlandı FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər