Joze Mourinyonun qara 610 günü

Joze Mourinyonun qara 610 günü
Çempionlar Liqasının yarımfinalında "Atletiko"ya uduzaraq mübarizəni dayandıran "Çelsi"nin baş məşqçisi Jozu Mourinyonun son uğurundan artıq 610 gün keçir. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sonuncu dəfə 29 avqust 2012-ci ildə kubok qazanıb. Həmin gün İspaniya Superkuboku uğrunda matçda onun başçılıq etdiyi "Real" "Barselona"nı üstələmişdi.
Ötən mövsüm "Real"ı çalışdıran Mourinyo Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya"sı ilə qarşılaşmış və məğlub olmuşdu (1:4, 2:0). Maonun "Real"ı 2012/13 mövsümündə "Kral Kuboku"nun finalında "Atletiko" ilə qarşılaşmışdı. Əsas vaxtı 1:1 hesabı ilə bitən qarqılaşmanın 99-cu dəqiqəsində Miranda Mourinyo və komandasını kuboksuz qoyan qola imza atmışdı.
Yayda mövsümü Avropa Liqasının qalibi kimi başa vurmuş "Çelsi"nin başına keçən Mourinyo Avropa Superkuboku uğrunda matçda "Bavariya" ilə bəxtini sınamışdı. Monakodakı finalın əsas və əlavə vaxtı 2:2 hesabı ildə bitsə də, penalti seriyasında almanlar güclü olmuşdu.
Mourinyo cari mövsümdə Federasiya Kuboku və Liqa Kubokunda da uğursuzluqla üzləşib. Fevralın 15-də keçirilən Federasiya Kubokunun 5-ci tur matçında "Mançester Siti"yə uduzan "Çelsi" Liqa Kubokunun 1/4 final mərhələsində "Sanderlend"ə yenilərək mübarizəni dayandırıb.
İndi Mourinyonun mövsümü titulla bitirmək və uğursuzluqlara son qoymaq üçün bir şansı var. Belə ki, "Çelsi" Premyer Liqada çempionluq uğrunda mübarizə aparan 3 komandadan biridi. Turnir cədvəlinə başçılıq edən "Mançester Siti" və "Liverpul"un 80 xalı var. "Çelsi" isə 78 xalla üçüncü pilləni turur. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər