Joze Mourinyonun "Mançester Yunayted"də görmək istədiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Alvaro Moratanı istəyir.
Deyilənə görə, "Mançester Yunayted" artıq "Yuventus"a rəsmi təklif göndərib. İddialara görə, ingilislər İtaliya klubuna 60 milyon avro təklif edib.
Qeyd edək ki, Alvaro Morata 2014-cü ildə "Real"dan "Yuventus"a 20 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 47 rəsmi oyuna çıxan 23 yaşlı ispan hücumçu 12 qol vurub.
Fanat.az