Joze Mourinyonun ilk transferi - "Real"dan olacaq

Joze Mourinyonun ilk transferi - "Real"dan olacaq
Joze Mourinyonun gələn mövsüm "Mançester Yunayted"i çalışdıracağını xəbər vermişdik. Portuqaliyalı mütəxəssis yaxınlarıma "qırmızı şeytanlar"la anlaşdığını bildirib.
Fanat.az xəbər verir ki, artıq Mourinyonun ilk transferinin kimliyi də müəyyənləşib. İddiaya görə, baş məşqçi "Real"da rəhbərliyi altında oynamış Rafael Varaneni Mançesterə gətirmək istəyir.
Qeyd edək ki, futbolçunun "Real"la 2020-ci ilə qədər müqaviləsi var. "Kral Klubu" onu 2011-ci ildə "Lans"dan 10 milyon avroya almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər