"Bu, böyük oyun olacaq. Əlbəttə, "Yuventus”u yenmək istəyirik. Top-klublara qarşı oyunlarda əvəzsiz təcrübə qazanmaq şansı böyükdü”.
Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, bu sözləri "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo deyib. Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gecə baş tutacaq "Yuventus” - "Mançester Yunayted” görüşündən öncə fikirlərini açıqlayıb:
"Yuventus”un Çempionlar Liqasının favoriti olduğunu düşünürəm. Turin təmsilçisi və Alleqri ilə yaxşı münasibətlərimiz var. Biz isə bu mövsüm oyunlara yaxşı başlamırıq. 90 dəqiqəlik matçda üstünlüyü 40, 20 hətta 10 dəqiqə rəqibə verirsənsə, vəziyyətdən çıxmağa vaxtın qalmaya bilər. Olduqca önəmli qarşılaşmada daha yaxşı oynamağı bacarmalıyıq”.
Fanat.Az