Joze Mourinyonun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin gələn mövsüm "Mançester Yunayted"i çalışdıracağı təsdiqlənib.
Bu barədə Almaniyanın məşhur "Bild" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Mourinyo gələn mövsümdən qüvvəyə minəcək 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mourinyo indiyədək Portuqaliyada "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərədə "Çelsi", İtaliyada "İnter" və İspaniyada "Real" klublarını çalışdırıb. 53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində 2-si Çempionlar Liqası olmaqla 22 kubok qazanıb.
Fanat.az