"Heç cür rahat ola bilmirəm. Forvardlarımız qaçırdıqları hər qol fürsətləri ilə məni öldürürlər". Fanat.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo deyib.
"Çelsi" Premyer Liqanın son turunda "Suansea"nı 1:0 hesabı ilə yenib. Matçdan sonra portuqaliyalı mütəxəssis hücumçuları sərt sözlərlə tənqid edib: "Hər oyunda yoruluram. İlk yarıdan sonra qalib tərəfin baş məşqçisi kimi rahat nəfəs almaq istəyirəm. Amma olmur, yenə eyni problemləri yaşayıram. Matç zamanı tez-tez saata baxıram. Heç cür qazandığımız qol imkanlarını dəyərləndirib ikinci topu vura bilmirik".
Fanat.az