Joze Mourinyo ondan əl çəkmir

Joze Mourinyo ondan əl çəkmir

"Mançester Yunayted"in Qaret Beyl israrı davam edir. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubunun uelsli futbolçunun transferi üçün "Real"la yenidən danışıqlara başlamağa hazırlaşdığı iddia olunub.

"Mançester Yunayted" Beylin keçidinə bundan əvvəl bir neçə dəfə cəhd edib, amma istəyi baş tutmayıb. Amma Joze Mourinyo "Real"da rəhbərliyi altında oynamış futbolçunun alınmasını israrla istəyir. "Mançester Yunayied" ya qışda, ya da gələn yay onu almağa çalışacaq.

Bildirilir ki, klub rəsmiləri Beylin özü ilə görüşərək illik 16.7 milyon funt-sternlinq maaş təklif etməklə onun razılığını almağa çalışacaq.

Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb. O, bu yaya qədər dünyanın ən bahalı transferi idi. Lakin "Mançester Yunayted"in Paul Poqbanı 105 milyon avroya transfer etməsindən sonra uelsli ulduz zirvəni əldən verib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər