Joze Mourinyo Fransa klubunu parçalamağa hazırlaşır

Joze Mourinyo Fransa klubunu parçalamağa hazırlaşır

“Mançester Yunayted” “Çelsi” və “Liverpul”un da istədiyi Temue Bakayoko üçün “Monako”ya müraciət edib. Fanat.Az “Daily Mail” (Deyli Meyl) nəşrinə istinadən xəbər verir ki, ” zadəganlar”ın 40 milyon avro qarşılığında heyətə qatmaq istədiyi yarımmüdafiəçi MY variantına üstünlü verə bilər.

“Qırmızı şeytanlar”ın çalışdırıcısı Joze Mourinyo Bakayokodan başqa, knyazlıq klubunun müdafiəçisi Bernardu Silva və gənc hücumçusu Kilian Mbappeylə də yaxından maraqlanır.

Ekspertlər sözügedən transferlər baş tutacağı halda, son Fransa çempionunun nəzərəçarpan dərəcədə zəifləyəcəyini düşünür.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər