Joze Mourinyo açıqladı: "Geri dönürəm"

Joze Mourinyo açıqladı: "Geri dönürəm"

Uzun müddətdi mətbuata danışmayan Joze Mourinyo səssizliyini pozub. Fanat.az xəbər verir ki, AP-a danışan portuqaliyalı mütəxəssis iyun ayında futbola dönəcəyini bildirib:

"İyun ayında geri dönürəm. İndi may ayıdı. Yəni iyuna çox qalmayıb. İndi həyatdan zövq almağa çalışıram. Ailəmlə vaxt keçirərəm. Amma iyunda geri dönəcəm. Təbii ki, futboldan ötrü çoxdarıxmışam. Yeni komandaya rəhbərlik etməyin həyacan verdiyini danmıram. Çətin vəziyyətdi. Məsələn, hazırda "Çelsi"nin baş məşqçisi deyiləm. Amma onların yeni mövsüm hazırlıqlarını 10 ay əvvəldən hazırlamışdım".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər