Jonatan Tanın yeni klubundakı maaşı da açıqlandı, müqavilə müddəti də

Jonatan Tanın yeni klubundakı maaşı da açıqlandı, müqavilə müddəti də

Növbəti mövsümə "Bayer Leverkuzen"də başlamayacağını bəyan edən mərkəz müdafiəçisi Jonatan Tanın yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Santi Auna yayıb.

Məlumata görə, Ta Bundesliqanın son qalibi "Bayern Münhen"lə razılığa gəlib. Mənbə "əczaçılar"la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq 29 yaşlı futbolçunun Münhen təmsilçisi ilə 4 illik anlaşma imzalayacağını və hər mövsüm üçün 14 milyon avro qazanacağını açıqlayıb.

Daha öncə Jonatanın xidmətində "Real Madrid", "Barselona" və "Mançester Yunayted"in maraqlı olduğu barədə məlumatlar dərc edilmişdi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər