"Jirona" Tsıqankovu bu qiymətə satır

"Jirona" Tsıqankovu bu qiymətə satır

"Jirona"nın yarımmüdafiəçisi Viktor Tsıqankov bu yay iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Talk" yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi "Arsenal" və "Tottenhem"in maraqlandığı ukraynalını 25,5 milyon funt sterlinqə satmağa hazırdır. Mənbə Tsıqankovun "Jirona" ilə müqaviləsindəki təzminat məbləğinin bu qədər olduğunu vurğulayıb.

Qeyd edək ki, son mövsümdə bütün turnirlərdə 34 matça çıxan Viktor 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər