“Jirona” liderliyini qorudu

“Jirona” liderliyini qorudu

İspaniya La Liqasında 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Jirona” evdə “Alaves”lə üz-üzə gəlib və 3 cavabsız qolla qalib gəlməklə zirvədəki mövqeyini qoruyub.

Hazırda 44 xalı olan “Jirona” hazırda vahid liderdir. “Real” 42 xalla ikinci, “Barselona” 35 xalla üçüncüdür. “Atletiko” 34, “Atletik” 32, “Real Sosyedad” 30, “Betis” 27 xal toplayıb.

İspaniya La Liqası 17-ci tur 15 dekabr

Osasuna – Rayo Valyekano 1:0 Qol: Raul, 90+5.

16 dekabr

Selta – Qranada 1:0 Qol: Larsen, 20.

Atletik – Atletiko 2:0 Qollar: Quruseta, 51. N.Uilyams, 64.

Sevilya – Xetafe 0:3 Qollar: Mayoral, 5-pen. Mata, 37. Qrinvud, 80.

Valensiya – Barselona 1:1 Qollar: Gillamon, 70 – Joao Feliks, 55.

17 dekabr

Almeriya – Malyorka 0:0

Real Sosyedad – Betis 0:0

Las Palmas – Kadis 1:1 Qollar: Pexino, 7 – Ramos, 83.

Real – Vilyarreal 4:1 Qollar: Bellingem, 25. Rodriqo, 37. B.Dias, 64. Modriç, 68 – Morales, 54.

18 dekabr

Jirona – Alaves 3:0 Qollar: Dovbik, 23; 59. Portu, 42.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər