“Jirona” büdrədi, “Real” zirvəyə yüksəldi

“Jirona” büdrədi, “Real” zirvəyə yüksəldi

İspaniya La Liqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Kadis” - “Real Sosyedad” və “Betis” - “Jirona” matçlarında qalib müəyyənləşməyib. “Jirona”nın xal itkisindən maksimum yararlanan “Real” səfərdə “Alaves”ə qalib gəlməklə zirvəyə yüksəlib. “Malyorka” isə məhsuldar oyunda “Osasuna”ya qalib gəlib.

Hazırda “Real” və “Jirona”nın 45 xalı var. “Barselona” 38 xal, “Atletiko” və “Atletik” 34, “Real Sosyedad” 31 xal toplayıb.

İspaniya La Liqası 18-ci tur 19 dekabr

Rayo Valyekano – Valensiya 0:1 Qol: Kanos, 61.

Qranada – Sevilya 0:3 Qollar: Pedrosa, 23. Okampos, 32. S.Ramos, 49.

Atletiko – Xetafe 3:3 Qollar: Qrizman, 44; 69. Morata, 63 – Mayoral, 53; 90+3. O.Rodriqes, 86.

20 dekabr

Barselona – Almeriya 3:2 Qollar: Rafinya, 33. S.Roberto, 60; 83 – Leo Baptistao, 41. E.Qonsales, 71.

Atletik – Las Palmas 1:0 Qol: U.Qomes, 90+4.

Vilyarreal – Selta 3:2 Qollar: Pedrasa, 13. Mandi, 30. Parexo, 48-pen – Duvikas, 52. Larsen, 57.

21 dekabr

Betis – Jirona 1:1 Qollar: Petsella, 88 – Dovbik, 39-pen.

Kadis – Real Sosyedad 0:0

Alaves – Real 0:1 Qol: Lukas, 90+2.

Malyorka – Osasuna 3:2 Qollar: Nastasiç, 12. D.Rodriqes, 53. Raillo, 62 – P.İbanes, 7. Raul, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər