İtaliyalı ulduz "Liverpul"da - RƏSMİ

İtaliyalı ulduz "Liverpul"da - RƏSMİ

"Liverpul" "Yuventus"un futbolçusu Federiko Kyezanı transfer edib.

Fanat.Az "qırmızılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayı.

Müqavilənin detalları barədə məlumat verilməsə də, mətbuat oyunçunun 4 illik anlaşmaya imza atdığını və hər mövsüm üçün 5 milyon avroya yaxın maaş alacağını iddia edib. 

Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 37 matça çıxan Federiko 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Kyezanın transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər