İtaliyada ilin transferi

İtaliyada ilin transferi
İtaliya A Seriyasının son qalibi transferdə ilin sürprizini etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, Turin klubu Mauro İkardinin transferi üçün "İnter"lə danışıqlara başlayıb.
Məlumata görə, "Yuventus" argentinalı futbolçunun qarşılığında Milan klubuna Qonzalo Hiquayn və 50 milyon avro təklif edir. İkardinin müqaviləsindəki sərbəst qalma maddəsi 110 milyon avrodu. Amma bu maddə İtaliya klubları üçün keçərli deyil. 
Futbolçunun meneceri və həyat yoldaşı Vanda Nara bir neçə gün əvvəl verdiyi açıqlamada "İnter"lə yeni müqavilə üçün müzakirələrə başlayacaqlarını bildirmişdi. 
İtaliyada ilin transferi
Qeyd edək ki, "Yuventus" Hiquaynı 2016-cı ilin yayında "Napoli"dən 90 milyon avroya almışdı. 30 yaşlı argentinalı hücumçu ötən mövsüm meydana çıxdığı 50 rəsmi matçda 23 qol vurub və 8 məhsuldar ötürmə verib. "Transfermarkt"ın qiymətləndirməsinə görə hazırda onun transfer dəyəri 70 milyon avrodu.
İkardi isə 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunub. 25 yaşlı argentinalı forvard başa çatan mövsümdə 36 rəsmi oyuna çıxaraq 29 qol vurub və A Seriyasının bombardiri olub. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər