İtaliyada daha bir transfer bombası - 70 milyon avro

İtaliyada daha bir transfer bombası - 70 milyon avro
Qonzalo Hiquyanı "Yuventus"a 90 milyon avroya satan "Napoli" onun boşluğunu doldurmaq üçün hərəkətə keçib. Fanat.az xəbər verir ki, A Seriyası təmsilçisi Mauro İkardi üçün "İnter"ə ikinci təklifini göndərib.
Milan klubu çempionatdakı rəqibinin ilk təklifini rədd etmişdi. İkardinin transferində israr edən "Napoli" bu dəfə adıçəkilən futbolçu üçün 70 milyon avro təklif etməyə hazır olduğunu elan edib.
Qeyd edək ki, "İnter" Mauro İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. Ötən mövsüm 34 rəsmi oyuna çıxan 23 yaşlı argentinalı forvard 16 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər