İcarə əsasında "Leççe"nin formasını geyinən Samuel Yumtiti karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, 29 yaşlı futbolçunun xidmətində Milan "İnter"i maraqlıdır. Mənbə Milan təmsilçisinin nümayəndələrinin artıq "Barsa" rəhbərliyi ilə danışıqlara başladığını və bu keçidin reallaşmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, Yumtitinin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat