İtaliya nəhəngi Hendersonu transfer edir - 26 dəfə az maaşa

İtaliya nəhəngi Hendersonu transfer edir - 26 dəfə az maaşa

 İtaliya A Seriyasının lideri "Yuventus"u hazırda Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunda çıxış edən ingilis yarımmüdafiəçi Cordan Hendersonla danışıqlar aparır. 

Fanat.Az xəbər verir ki, informasiyanı “La Gazzetta dello Sport” yayıb.

Mənbənin məlumatına görə, “qoca sinyora”nın rəhbərliyi ingilisə illik 1,5 milyon avro maaş təklif edir. 

Bu, Cordanın hazırda Yaxın Şərqdə qazandığından 26,5 dəfə azdır. 

Futbolçunun “Əl-İttifaq”la əmək müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. 

33 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatının bu mövsümündə 17 oyuna çıxıb, bu görüşlərdə 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər