"Milan" cari mövsümün sonunda yeni qapıçı transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qırmızı-qaralar" "Atalanta"nın qolkiperi Marko Sportyellonu azad agent qismində rənglərinə bağlayacaq. Mənbə 30 yaşlı Sportyellonun əsas qapıçı Mayk Menyanın əvəzləyicisi qismində transfer ediləcəyini vurğulayıb.
Nihat