İtaliya nəhəngi 21 yaşlı futbolçunun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

İtaliya nəhəngi 21 yaşlı futbolçunun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

"Atalanta"nın futbolçusu Marko Palestra karyerasını İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı  şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, onun xidmətində son İtaliya çempionu "İnter" maraqlıdır. Mənbə "qara-göylər" 21 yaşlı müdafiəçi üçün Berqamo klubuna 45+5 milyon avroluq rəsmi təklif göndərdiyini vurğulayıb.

Palestra geridə qalan mövsümdə icarə əsasında "Kalyari"nin firmasını geyinib və çıxdığı 37 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər